See online camera
call we with Skype
Tel.: (+994 12) 493 49 70






    







  Müəllimlər üçün kurslar Kursa yazıl | Onlayn təhsil

Diqqət! TEFL\TESOL sertifikatlarını Azərbaycanda almaq mümkündür!  “Dahi” mərkəzində Britaniyanın rəsmi məktəblərində olduğu kimi ingilis dili müəllimləri treninq keçə və  TEFL\TESOL beynəlxalq sertifikatı ala bilərlər.

TEFL (Teaching English as a foreign language )TESOL(Teaching English to Speakers of Other Languages) xarici dil kimi ingilis dilinin tədrisi hüququ verən beynəlxalq sertifikatlardır.  Onlar həm də Britaniya Şurası və Britaniyanın ingilis dilinin tədrisi İnstitutu tərəfindən tanınırlar. TEFL/TESOL kurslarını yalnız dil daşıyıcıları deyil, həm də dili yüksək səviyyədə bilən və ingilis dilini xarici dil kimi müasir beynəlxalq metodika ilə tədris etmək arzusunda olan hər bir şəxs keçə bilər. Bu sertifikatı almaq üçün ilk əvvəl təhsil kursunu keçmək, sonra isə bütün lazımi imtahanları vermək və beynəlxalq sertifikat almaq lazımdır.

Kursu başa vurduqdan sonra siz ingilis dilinin tədrisi üçün bütün lazımi bilgilərə yiyələnəcəksiniz: ingilis dilinin leksikası, qrammatikası, fonologiyası; tədris təcrübəsi: kursdakı dinləyicilərin işini, onların ev tapşırıqlarını necə yerinə yetirdiklərini qiymətləndirə biləcəksiniz.

 “Dahi” treninq mərkəzi həm də qabaqcıl xarici universitetlərin təcrübəsindən qaynaqlanaraq öz tədris bacarıq və metodikalarını təkmilləşdirmək istəyən ingilis dili müəllimləri üçün xüsusiləşdirilmiş treninqlər keçir.
Treninqlər Avropa və Amerikanın aparıcı universitetlərində təhsil almış təcrübəli və ixtisaslı mütəxəssislər tərəfindən keçirilir.
Treninqlər yalnız məktəbdə dərs deyən ingilis dili müəllimləri üçün deyil, həm də ingilis dilini dövlət və kommersiya universitetlərində, dil kurslarında tədris edən bütün şəxslər üçün nəzərdə tutulmuşdur. Sözügedən treninqlər aşağıda sadalanan məqsədlərə nail olmağa kömək edir: 

1. “Yeni” müəllimlərin praktik bilgilərinin artırılması
2. Təcrübəsi olan müəllimlərin yeni ixtisas almaları 
3. Tədris metodikalarının təzələnməsi 

Treninqlərin davamiyyət müddəti 4 həftədir. Ümumi kurs iki hissəyə bölünür: “Dilin Öyrənilməsi” və “Metodologiya”.  
1. “Dilin Öyrənilməsi” treninqlərində dilin qrammatik aspektləri, eləcə də geniş yayılmış ifadə və sözlərin öyrənilməsi metodları vasitəsilə dərslərin daha ünsiyyətcil formada keçirilməsi, dinləmə, danışıq dili, oxu və yazı kimi dilin əsas 4 aspekti təcrübəsinin sinxronlaşdırılması və cümlələrin qurulması strukturu nəzərdən keçirilir.
2. “Metodologiya”da əsas diqqət tələbələrin inkişafına nəzarət edilməsi qabiliyyəti, dərslərin keçilməsi və planlaşdırılması üçün əlavə material və digər mənbələrin hazırlanması daxil olmaqla tədrisin ən son prinsiplərinə yönəldilir.
Bundan əlavə, “Dahi” bütün ingilis dili müəllimlərinə Londonun nüfuzlu tədris mərkəzlərində təkmilləşdirmə kursları keçmək imkanı yaradır.
Həmçinin, istədiyiniz dil aspektlərinin öyrənilməsi və / və ya sizə rahat olan vaxtda kursların keçirilməsi üçün kursun proqramını dəyişmək imkanı vardır.

 


Ana Səhifə   | Haqqımızda | Onlayn Təhsil  | Xaricdə Təhsil  | Kurslar | Tərcümə | Xidmətlər | Testlər | Forum |  Əlaqə
Copyright © 2010. Dahi.Az.